"Belə toqquşma məqsədə uyğun deyil". "Belə toqquşma məqsədə uyğun deyil".

Ukraynalı general “böyük müharibə”dən danışdı

"Belə toqquşma məqsədə uyğun deyil".

Ukrayna silahlı qüvvələri Baş qərargah rəisinin sabiq müavini İqor Romanenko hesab edir ki, Rusiya tərəfi Ukrayna gəmilərinin Azov dənizinə çıxışını bağlaya bilər, bu isə iki ölkə arasında “böyük müharibə” ehtimalını artıracaq.

Bu barədə general “Apostrof”a müsahibəsində deyib.

Onun sözlərinə əsasən, belə toqquşma məqsədə uyğun deyil, çünki Ukrayna ordusu Rusiya ordusuna layiqli cavab vermək iqtidarında deyil.

“Qərb bizə ordu ilə yardım etməyəcək, çünki qarşıdurmanın genişlənərək üçüncü dünya müharibəsinə çevrilməsini istəmir. Bizə yalnız diplomatik, siyasi və hərbi sahələrdə fəal köməklik göstəriləcək”, - Romanenko deyib.

Hərbçi həmçinin Rusiyaya tətbiq edilən sanksiyaların güclənəcəyini də ehtimal edib, hərçənd onların ciddi təsirinə şübhə ilə yanaşır.(oxu.az)

AzNews.az