Britaniya hərbçiləri Böyük Britaniyanın Avropa Birliyi ilə sazişinin iflasa uğraması nəticəsində ölkədə yarana biləcək xaosu aradan qaldırmaq üçün təcili tədbirlər planı hazırlayır. Britaniya hərbçiləri Böyük Britaniyanın Avropa Birliyi ilə sazişinin iflasa uğraması nəticəsində ölkədə yarana biləcək xaosu aradan qaldırmaq üçün təcili tədbirlər planı hazırlayır.

Britaniyada ordu küçələrə çlxarıla bilər

Britaniya hərbçiləri Böyük Britaniyanın Avropa Birliyi ilə sazişinin iflasa uğraması nəticəsində ölkədə yarana biləcək xaosu aradan qaldırmaq üçün təcili tədbirlər planı hazırlayır.

Oxu.Az xəbər verir ki, bu barədə “The Sunday Times” məlumat yayıb.

Plan “Temperer” əməliyyatına başçılıq edən zabitlər tərəfindən tərtib edilir. Sözügedən əməliyyat irimiqyaslı terror aktları baş verdikdə hərbi qüvvələrin küçələrə çıxarılmasını nəzərdə tutur.

Nəşrin yazdığına görə, plana əsgərlərin polisə asayişi qorumağa yardım etməsi üçün əhəmiyyətli nöqtələrdə yerləşdirilməsi daxildir.

Qeyd olunur ki, qıza müddət ərzində əməliyyat üçün 10 min hərbçi cəlb oluna bilər.