Hadisə Çikaqo şəhərində 100 mərtəbəli Hankok mərkəzdə baş verib. Hadisə Çikaqo şəhərində 100 mərtəbəli Hankok mərkəzdə baş verib.

Lift qırıldı, 95-ci mərtəbədən aşağı düşdü - İçində 6 nəfər olub

Hadisə Çikaqo şəhərində 100 mərtəbəli Hankok mərkəzdə baş verib.

ABŞ-da yüksək mərtəbəli binanın lifti 95-ci mərtəbədə qırılıb. Nəticədə 6 sərnişinlə 11-ci mərtəbəyə qədər düşüb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Çikaqo şəhərində 100 mərtəbəli Hankok mərkəzdə baş verib.

Sərnişinlər 3 saatdan sonra yanğın söndürənlər tərəfindən xilas edilib. Onlar restorandan çıxıb aşağı düşmək istəyiblər.

Daily Mail nəşri bildirir ki, sərnişinlərdən ikisi meksikalı turist, biri hamilə qadın, daha ikisi isə tələbə olub.

Qeyd edək ki, bu bina hündürlüyünə görə Çikaqoda 4-cü sayılır.

Babək Göyüş

AzNews.az