"Cənubi Çin dənizini sülh, dostluq və əməkdaşlıq dənizinə çevirmək lazımdır". "Cənubi Çin dənizini sülh, dostluq və əməkdaşlıq dənizinə çevirmək lazımdır".

Çin Filippini dialoqa çağırdı

"Cənubi Çin dənizini sülh, dostluq və əməkdaşlıq dənizinə çevirmək lazımdır".

Çin və Filippin dənizlə bağlı məsələlər ətrafında dialoqu fəallaşdırmalı və Cənubi Çin dənizini dostluq və sülh dənizinə çevirməlidirlər.

Bunu Çin rəhbəri Si Cinpin Filippinə rəsmi səfəri öncəsi deyib.

Çinli lider bəyan edib: "Dost məsləhətləşmələri keçirməklə aramızda olan fikir ayrılıqlarını konstruktiv şəkildə nizamlamaq, dənizlə bağlı məsələlərdə əməkdaşlıq etmək və Cənubi Çin dənizini sülh, dostluq və əməkdaşlıq dənizinə çevirmək lazımdır".

S.Cinpin vurğulayıb ki, Rodriqo Dutertenin hakimiyyətə gəlişi ilə Çin və Filippin dövlətləri dialoqu bərpa ediblər.(trend.az)

© AzNews.az