Bu haqda sorğu NewsOne telekanalında aparılıb Bu haqda sorğu NewsOne telekanalında aparılıb

Kliçko uğursuz merdir - Kiyevlilər

Bu haqda sorğu NewsOne telekanalında aparılıb

Kiyev şəhərinin sakinləri mer Vitali Kliçkonun fəaliyyətinə qiymət veriblər.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda sorğu NewsOne telekanalında aparılıb.

Tamaşaçılardan bu suala cavab istənilib: "Kliçko şəhər meri kimi uğurludur, yoxsa uğursuz?".

Nəticədə studiyaya zəng edən 7850 nəfərin 95 faizi onun fəaliyyətindən narazılığını bildirib. Bu informasiyanı isə aparıcı efirdə belə səsləndirib:

"95 faiz deyir ki, o, Kiyev meri vəzifəsində uğursuzdur. Onun siyasəti də uğursuz olub. Hətta, onun komandası da şəhər üçün bir bəladır".

Xatırladaq ki, sabiq boksçu Vitali Kliçko 2014-cü ildə mer seçilib. Mer vəzifəsinə növbəti seçkilər isə 2020-ci ildə keçiriləcək. Kliçko həmin seçkilərdə də iştirak edəcəyini açıqlayıb.

Babək Göyüş

AzNews.az