Onun 2019-cu il yanvarın 16-dək həbsdə qalacağı gözlənilir Onun 2019-cu il yanvarın 16-dək həbsdə qalacağı gözlənilir

Nazir müavini həbs edildi - Korrupsiya ittihamı

Onun 2019-cu il yanvarın 16-dək həbsdə qalacağı gözlənilir

Qazaxıstanda energetika nazirinin müavini Anatoli Şkarupa həbs edilib.

AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, o, bir vaxtlar Karaqanda vilayətinin Saran şəhər meri işləyən zaman dövlətdən 215 milyon tenge oğurluqda ittiham edilir.

Bu haqda informasiyanı Qazaxıstanın Baş prokuroru Kayrat Kojomjarov yayıb.

Onun sözlərinə görə, 2015-ci ildə Saran şəhərində mərkəzi istilik sistemi olmadığına baxmayaraq istilik sayğacları quraşdırılıb: "Bu iş üzrə hazırda istintaqa başlanılıb".

Nazir müavininin 2019-cu il yanvarın 16-dək həbsdə qalacağı gözlənilir.

Qeyd edək ki, Şkarupa bi ilin əvvəlindən 3-cü nazir müavinidir ki, həbs edilir. Oktyabr ayında o, iyunda tutulan Bakıtjan Caksaliyevin yerinə təyin edilmişdi. O isə yaz aylarında həbs edilən Qəni Sadibekovu əvəz etmişdi.

Babək Göyüş

AzNews.az