Pakistan hökuməti ABŞ prezidentinin fikirlərinə reaksiya verib. Pakistan hökuməti ABŞ prezidentinin fikirlərinə reaksiya verib.

Pakistan ABŞ-dakı məsləhətçisini XİN-ə çağırdı - Trampın “axmaqlar” sözündən sonra...

Pakistan hökuməti ABŞ prezidentinin fikirlərinə reaksiya verib.

Pakistan ABŞ-dakı məsləhətçisini Xarici İşlər Nazirliyinə çağırıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın onları nəzərdə tutaraq dediyi sözlərdən sonra Pakistan rəhbərliyi belə bir addım atıb.

Tramp, "tvitter"də “Pakistana artıq milyardlarla dollar ödəniş etməyəcəyik. Çünki pulumuzu alıb bizim üçün heç nə etmirlər”, - deyib.

Buna Bin Ladenin Pakistanda tutulmağını misal göstərərək “Əlbəttə ki, Usame Bin Ladeni daha əvvəl tutmalıydıq. Pakistana milyardlarla dollar ödəniş etdik, amma bizə Bin Ladenin orda yaşadığını belə demədilər. Axmaqlar”, - deyə bildirib.

Pərvanə AĞAZADƏ
AzNews.az