Rusiya ekspertləri deyir ki, Kreml bu "dəyişməyə" razılıq verməyəcək. Rusiya ekspertləri deyir ki, Kreml bu "dəyişməyə" razılıq verməyəcək.

Rusiyadan tələb: Krımın yerinə Kurili ver

Rusiya ekspertləri deyir ki, Kreml bu "dəyişməyə" razılıq verməyəcək.

Yapon siyasətçiləri Rusiya Federasiyasına tətbiq edilən Qərb sanksiyalarının ləğv edilməsi təklifi ilə çıxış ediblər. Əvəzində isə Krımı Rusiyanın ərazisi kimi tanımaq və Kuril adalarından 2 adanın Yaponiyaya verilməsini reallaşdırmaqdır.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya ekspertləri isə bunun rəsmi Tokionun mövqeyi olmadığını düşünürlər.

Onların fikrincə, Kreml bu "dəyişməyə" razılıq verməyəcək.

"Azad press" nəşri yazır ki, 1990-cı ildə Boris Yeltsinin vaxtında da yaponlar adalarla bağlı təkliflə çıxış etmişdilər və 4 adanın pulla alınması ideyasını irəli sürmüşdülər. İndisə onlar pul vermək əvəzinə sanksiya sənədini "ortaya atıblar".

Rusiyanın Maliyyə Universitetinin siyasi araşdırmalar mərkəzinin direktoru Pavel Salin qeyd edir ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Krıma və Donbasa görə həyata keçirilib, bunun Kuril ilə heç bir bağlılığı yoxdur.

Babək Göyüş

AzNews.az