Reytinqə əsasən, Rusiya təhlükə səviyyəsi aşağı olan ölkələr siyahısındadır. Reytinqə əsasən, Rusiya təhlükə səviyyəsi aşağı olan ölkələr siyahısındadır.

Dünyanın ən təhlükəli ölkələri

Reytinqə əsasən, Rusiya təhlükə səviyyəsi aşağı olan ölkələr siyahısındadır.

Almaniyanın “Bündnis Entwicklung Hilft” cəmiyyətinin mütəxəssisləri təbii fəlakətlərdən ölüm riskinin yüksək olduğu dünya ölkələrinin reytinqini hazırlayıblar.

“Der Spiegel” nəşri xəbər verir ki, professor Katrin Radtkenin rəhbərlik etdiyi Almaniyanın Rur Universitetindən olan nümayəndə heyəti 171 ölkənin təbii fəlakətlərinin statistikasını, eləcə də, yerli hökumətlərin bu fəlakətlərə hazırlıq səviyyələrini analiz edib.

Təbii fəlakətlər zamanı ölüm riskinin ən yüksək olduğu yer Sakit okeandakı Vanuatu və Tonqa adaları olub. Bu bölgə üçün zəlzələ, sunami və qasırğa xüsusi təhlükə hesab edilir.

Analoji vəziyyət Filippində də yaşanır ki, burada təbii fəlakətlərdən torpaq sürüşməsi və vulkan püskürməsi tez-tez müşahidə edilir.

Risk kateqoriyasına Mərkəzi Amerika, Qərbi və Mərkəzi Afrika, eləcə də, Cənub-şərqi Asiya ölkələri daxil edilib.

Reytinqə əsasən, Rusiya təhlükə səviyyəsi aşağı olan ölkələr siyahısındadır.

Hesabata görə, təbii fəlakət baxımından ən təhlükəsiz ölkələr Qətər, Malta və Səudiyyə Ərəbistanıdır.

Təhlükəsizliyin əsas faktoru kimi ölkələrin infrastrukturları – təbii fəlakətlər zamanı insanların qısa zamanda təxliyyəsi və xilas edilməsi üçün yolların və aeroportların sayı göstərilib.

Bir müddət öncə “International SOS” səhiyyə və təhlükəsizlik təşkilatının mütəxəssisləri Liviya, Əfqanıstan, Somali, Suriya, Yəmən, Mali və Cənubi Sudanı 2019-cu ildə turistlər üçün ən təhlükəli ölkələr adlandırıb.(oxu.az)

© AzNews.az