Əvvəlcə çılpaq şəkillərini istədi, sonra isə... Əvvəlcə çılpaq şəkillərini istədi, sonra isə...

300-dən çox oğlan uşağını zorladı! – Dəhşətli olay

Əvvəlcə çılpaq şəkillərini istədi, sonra isə...

Norveçdə baş verən iyrənc hadisə əhalini ayağa qaldırıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, futbol hakimi olan 26 yaşlı bir adam “Snapchat”dan istifadə edərək 300-dən çox oğlan uşağını istismar edib.

Özünü qadın kimi təqdim edərək uşaqlardan çılpaq şəkillərini istəyib. Növbəti dəfə göndərməyəndə isə onları, şəkilləri yaymaqla şantaj edib. Polis araşdırmalar zamanı 16 mindən çox belə şəkil aşkarlayıb.

Məhkəmə həmin şəxsin 2011-cil ildən bu yana 13-16 yaş aralığında 300-dən çox uşağı istismar etdiyini və bir çox uşağa da təcavüz etdiyini açıqlayıb. İstismara məruz qalan uşaqların daha çox Norveç, Danimarka və İsveçdən olduğu deyilir. Bu, Norveçdəki ən böyük cinsi istismar hadisəsi adlandırılıb.

Pərvanə AĞAZADƏ
AzNews.az