- Dünyanın halı
- 26 Noyabr 2018 09:16
- 2 003
Çində universitetə hücum - Ölən var

Çində kəsici alətlə silahlanan şəxs Şandun Elm-Texniki Universitetinə hücum edib.
Hadisə zamanı 1 nəfər ölüb, daha 5 nəfər yaralanıb.
Bildirilir ki, 49 yaşlı, Çjan soyadlı şəxs əvvəlcə universitetin iki mühafizəçisinə, bir xadiməyə, müəllimə və onun iki qohumuna hücum edib. Yaralıların hamısı müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Lakin müəllimin qohumlarından birinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə gələn polis həmin şəxsi operativ yaxalaya bilib. Cinayətin başvermə səbəbi hələ məlum deyil.
Təhqiqat aparılır.(report.az)
© AzNews.az