Ağ Ev bu qərarı verərək siyasi reallığı heçə sayıb Ağ Ev bu qərarı verərək siyasi reallığı heçə sayıb

Trampın Qüds qərarından bir il keçdi - Siyasi gedişlər onun xeyrinə deyil

Ağ Ev bu qərarı verərək siyasi reallığı heçə sayıb

ABŞ prezidenti Donald Trampın beynəlxalq aləmə qarşı çıxaraq Qüdsü “İsrailin paytaxtı” kimi tanıdığını bəyan etməsindən bir il keçir.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, 6 dekabr 2017-ci ildə verilən bu qərardan sonra müqəddəs şəhərin yəhudiləşdirilməsi ilə bağlı siyasi gedişlər sürətlənib. Lakin bütün dünya bu qərara qarşı çıxmağa davam edir. ABŞ-ın siyasi və iqtisadi vədlərinə baxmayaraq dünyada sadəcə iki ölkə - Guatemala və Paraqvay Tel Avivdəki səfirliklərini Qüdsə köçürüb. Paraqvay isə sonradan bu qərarından vaz keçib.

Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyaraq İsrailin Baş naziri Binyamin Netanyahunun tələblərini reallaşdırsa da, sülhə olan ümidləri puça çıxarıb.

ABŞ bu qərarı verərək siyasi reallığı heçə sayıb. Onun “Cümhuriyyətçi” siyasət fəlsəfəsindən qalan “Amerikanın öz xeyrinə” anlayışına əsaslanıb, Qüds qərarını verməsi beynəlxalq aləmdə böyük reaksiyaya səbəb olub.

Bu qərardan sonra Fələstin Trampın Orta Şərqdə və İsrail-Fələstin arasında vasitəçi kimi tanınmadığını bildirib. Türkiyənin çağırışı ilə yığılan İİT (İslam İş Birliyi Təşkilatı) 13 dekabr 2017-ci ildə Şərqi Qüdsü Fələstinin paytaxtı elan edib.

Tramp hakimiyyətə gəldiyi gündən bəri Fələstin-İsrail məsələsində bütün həll yollarını bağlayaraq İsrailin bütün istəklərini yerinə yetirir.

İşğal altında qalan Şərqi Qüdsdə yaşayan 435 min fələstinlinin dörddə biri İsrailin 2003-cü ildə tikdiyi Sərhəd Divarına görə şəhərin digər tərəfinə keçə bilmir. Əbu Dis, Əl-Ayzeriyə, Kefr Akab kimi çox əhalisi olan yerlər, şəhərdən bu yolla ayrılan bölgələrdəndir. Sərhəd Divarı eyni zamanda Qərbi Şeriadakı 3 milyona yaxın fələstinlinin Şərqi Qüdsə keçməyinə əngəl olur. Mühasirədə qalan və 2 milyon əhalisi olan Qəzzada da heç kim nə Qərbi Şeriaya, nə də Şərqi Qüdsə keçə bilir.

Beləliklə Şərqi Qüds tarixi hinterlandından qoparılaraq fələstinlilərdən təcrid olunur.

Pərvanə Ağazadə

AzNews.az