"Onun istintaq işi 5 ay öncə başlanmışdı və yenə də davam edir" "Onun istintaq işi 5 ay öncə başlanmışdı və yenə də davam edir"

"Köçəryan seçkiyə görə tutulmayıb"

"Onun istintaq işi 5 ay öncə başlanmışdı və yenə də davam edir"

Ermənistanın 2-ci prezidenti Robert Köçəryanın həbsi ilə bağlı heç kim məhkəmə sisteminə göstəriş verməyib.

AzNews.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözləri baş nazirin vəzifələrini icra edən Nikol Paşinyan jurnalistlərlə söhbətində deyib.

"Deyirlər ki, guya mən Milli Təhlükəsizlik Şurasının rəhbərinə telefonda Köçəryanın həbsinə dair göstəriş vermişəm. Bu yalandır, göstəriş verməmişəm. Danışığımız haqda yayılan audio yazılar da montaj edilib. Ermənistanda məhkəmə sistemi heç vaxt indiki kimi müstəqil olmayıb. Onlar əllərində olan istintaq materiallarına görə hərəkət edirlər. İkincisi, bu həbsin seçki ilə əlaqəsi yoxdur. Səhv etmirəmsə, onun istintaq işi 5 ay öncə başlanmışdı və yenə də davam edir". Paşinyan belə deyib.

Babək Göyüş

© AzNews.az