“Google” şirkətinin 22 yaşlı proqramçısı Skott Krulçik iş yerində keçinib. “Google” şirkətinin 22 yaşlı proqramçısı Skott Krulçik iş yerində keçinib.

“Google”un proqramçısı iş yerində öldü

“Google” şirkətinin 22 yaşlı proqramçısı Skott Krulçik iş yerində keçinib.

Bu haqda CBS2 telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Məlumata əsasən, S.Krulçik şirkətin Nyu-Yorkdakı ofisində huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə gələn həkimlər gəncin öldüyünü qeydə alıb. Onun üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb. Ölüm səbəbi meyitin müayinəsindən sonra açıqlanacaq.

Telekanalın məlumatına əsasən, S.Krulçik “Google” şirkətində proqram mühəndisi işləyib.(oxu.az)

© AzNews.az