Bu, cari illə müqayisədə təxminən 15 faiz çoxdur. Bu, cari illə müqayisədə təxminən 15 faiz çoxdur.

Cənubi Koreya KXDR ilə əməkdaşlığa 1 milyard dollar ayırdı

Bu, cari illə müqayisədə təxminən 15 faiz çoxdur.

Cənubi Koreyanın 2019-cu ilin dövlət büdcəsində Koreya Xalq Demokratik Respublikası ilə (KXDR) əməkdaşlıq layihələrinin maliyyələşdirilməsi üçün 1 trilyon von (təxminən 887 milyon ABŞ dolları) vəsait nəzərdə tutulub.

Bu barədə Cənubi Koreyanın Birləşmə Nazirliyi məlumat yayıb. Ümumilikdə, gələn il KXDR ilə əməkdaşlıq fondu üçün 1,1 trilyon von (975 milyon dollar) pul ayrılıb. Bu, cari illə müqayisədə təxminən 15 faiz çoxdur.

Bildirilir ki, fonddakı vəsait iki ölkə liderləri arasında əldə olunmuş razılaşmaların icrasına və əlaqələrin davamlı inkişafı ilə bağlı məsələlərə yönəldiləcək. Vəsaitin təxminən yarısının (507 milyon dollar) humanitar məsələlərə, 447 milyon dollarının iqtisadi əməkdaşlığa, 17 milyon dollarının isə sosial və mədəni mübadilə layihələrinə sərf olunması nəzərdə tutulub.(AZƏRTAC)

© AzNews.az