“Biz iş qabiliyyətli olanları müavinət ümidinə qoymamalı, onlara iş tapmalıyıq”. “Biz iş qabiliyyətli olanları müavinət ümidinə qoymamalı, onlara iş tapmalıyıq”.

Əbu-Dabidə işsizlərə müavinət ödənilməyəcək

“Biz iş qabiliyyətli olanları müavinət ümidinə qoymamalı, onlara iş tapmalıyıq”.

Əbu-Dabi Əmirliyinin hökuməti işsizləri iş axtarmağa sövq etmək məqsədilə onlara ödənilən müavinətləri ləğv etmək niyyətindədir.

İctimai İnkişaf Departamentinin rəhbəri Mügir əl-Xeyli iş təklifindən 3 dəfə imtina edən iş qabiliyyətli şəxslərin işsizlik müavinəti almaq haqqından məhrum ediləcəyini açıqlayıb.

“Biz iş qabiliyyətli olanları müavinət ümidinə qoymamalı, onlara iş tapmalıyıq”, - deyə departament rəhbəri vurğulayıb.

Hazırda işsiz və nikahsız sakinlər üçün müavinətin minimum həddi 6 min BƏƏ dirhəmi, yəni, təqribən, 1600 ABŞ dollarıdır. Evli və övlad sahibi olanlar üçün müavinətin məbləği daha yüksəkdir.

Əbu-Dabi Əmirliyində yerli əhali üçün minimum maaş həddi 10 min dirhəm, yaxud 2700 ABŞ dollarıdır. (report)

AzNews.az