Növbəti məhkəmə iclasının bu gün keçiriləcəyi gözlənilir. Növbəti məhkəmə iclasının bu gün keçiriləcəyi gözlənilir.

Huawei-nin maliyyə direktoru üçün 15 milyon dollar girov verildi - məhkəmə imtina etdi

Növbəti məhkəmə iclasının bu gün keçiriləcəyi gözlənilir.

Çinin Huawei şirkətinin maliyyə direktorunun azad edilməsi üçün Kanada məhkəməsinə 15 milyon dollar girov təklif edilib. Nəticədə Vankuver məhkəməsi bu təklifi rədd edib.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, təklif Men Vançjounun əri Lyu Syaoçzun tərəfindən irəli sürülüb.

Star Vancouver qəzeti yazır ki, növbəti məhkəmə iclası bu gün keçiriləcək.

Qeyd edək ki, maliyyə direktoru dekabrın 1-də ABŞ-ın sorğusu ilə Vankuver şəhərində saxlanılıb. O, ABŞ-ın İrana tətbiq etdiyi iqtisadi sanksiyaların tələblərini pozmaqda ittiham edilir.

Babək Göyüş

© AzNews.az