KXDR ABŞ-ın yeni sanksiyalarını siyasi təxribat və düşmənçilik aktı hesab edir. KXDR ABŞ-ın yeni sanksiyalarını siyasi təxribat və düşmənçilik aktı hesab edir.

KXDR ABŞ-ın yeni sanksiyalarını siyasi təxribat adlandırdı

KXDR ABŞ-ın yeni sanksiyalarını siyasi təxribat və düşmənçilik aktı hesab edir.

KXDR ABŞ-ın bu ölkənin ali rəhbərliyinin üç üzvünə qarşı yeni sanksiyalarını tarixi Sinqapur sammitinin xoşməramlı ruhuna zidd olan düşmənçilik aktı kimi qiymətləndirir.

Bu barədə Şimali Koreyanın "Rodong Sinmun" qəzetində dərc olunmuş materialda qeyd edilir.

Nəşrin fikrincə, Koreyanın Əmək Partiyasının üç üzvünün insan hüquqlarının müdafiəsi adı altında ABŞ-ın "qara siyahısı"na salınması "dözülməz" siyasi təxribat və KXDR-in Dövlət Şurasının sədri Kim Çen Inla ABŞ prezidenti Donald Tramp arasında görüşün ruhuna uyğun olmayan düşmənçilik aktıdır.

Qeyd edək ki, ABŞ-ın Maliyyə Nazirliyi Şimali Koreyanın rəhbərliyində təmsil olunan üç vəzifəli şəxsi Koreyada insan haqlarının ciddi pozulmasında və senzurada ittiham edərək, onlara qarşı sanksiyalar tətbiq edib.(report.az)

© AzNews.az