2019-cu il fevralın 27-də Tailandda 2011-ci ildən bəri ilk dəfə olaraq ümumi parlament seçkiləri keçiriləcək. 2019-cu il fevralın 27-də Tailandda 2011-ci ildən bəri ilk dəfə olaraq ümumi parlament seçkiləri keçiriləcək.

Tailandda 2011-ci ildən bəri ilk parlament seçkiləri keçiriləcək

2019-cu il fevralın 27-də Tailandda 2011-ci ildən bəri ilk dəfə olaraq ümumi parlament seçkiləri keçiriləcək.

Bunu Tailand milli seçki komissiyası sədrinin müavini televiziyada çıxışı zamanı bildirib.

Ölkədə 2011-ci ildə keçirilən sonuncu demokratik seçkilər nəticəsində Tailand tarixində ilk qadın baş nazir Yinqlak Çinavatın başçılıq etdiyi hökumət hakimiyyətə gəlib. 2014-cü ildə kütləvi etiraz aksiyaları və küçə ixtisasları fonunda quru qoşunlarının komandanı general Prayut Çan-Oça milli barışıq şüarı ilə ölkədə hərbi çevriliş edib və qanunvericilik səlahiyyətlərinə malik hərbi hökumətin başına keçib. Konstitusiya ləğv olunub və onun əvəzində müvəqqəti əsas qanun işə salınıb. Daha sonra isə təyin olunan deputatlardan ibarət müvəqqəti parlament və nazirlər kabineti yaradılıb. Həmçinin ölkədə bütün növ siyasi fəaliyyətə qadağa qoyulub.

Hərbi hökumətin rəhbəri general Prayut Çan-Oçanın əmri ilə siyasi fəaliyyətə qoyulan qadağa bu gündən etibarən ləğv olunub. Əmrdə bildirilir ki, fevralın 24-nə təyin edilmiş parlament seçkiləri ilə əlaqədar siyasi mitinq və yığıncaqlara, siyasi partiyaların qurultaylarına, təşviqat tədbirlərinə, KİV-də çıxışlara və siyasi fəaliyyətin digər aspektlərinə aid olan bütün qadağalar aradan qaldırılır.(AZƏRTAC)

© AzNews.az