Rəsmi Moskva bu informasiyaya münasibət bildirib. Rəsmi Moskva bu informasiyaya münasibət bildirib.

Putinin Almaniyada agent kimi çalışdığı sənəd üzə çıxdı - 4 il Drezdendə casusluq edib

Rəsmi Moskva bu informasiyaya münasibət bildirib.

Rusiya prezidenti Vladimir Putinin adına keçmiş Almaniya Demokratik Respublikasının (ADR) Dövlət Təhlükəsizliyi Nazirliyi tərəfindən verilən vəsiqə ortaya çıxıb.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı Bild nəşri yayıb.

Mənbə bildirir ki, vəsiqə jurmalistlər tərəfindən aşkar edilib. Almaniyanın Drezden şəhərinin "Kadrlar və ixtisaslaşdırma" idarəsinin aktlar şöbəsində bunu "Ştazi"nin sənədi adlandırıblar. Ştazi ADR-də SSRİ-nin Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) kimi bir qurum olub. Putin həmin vaxt SSRİ Dövlət Təhlükəsizliyi Komitəsində çalışırmış.

Sənədin verilmə tarixi 31 dekabr 1985-ci ilə təsadüf edir. Onun tarixini 1989-cu ilin sonunadək uzadıblar. Putinin sənəddə öz imsazı ilə qolu var. Rütbəsi də mayor kimi göstərilib.

Bildirilir ki, Putin 1975-ci ildə Leninqrad Dövlət Universitetini bitirdikdən sonra DTK-ya işə düzəlib və 10 ildən sonra onu Drezdenə ezamiyyəyə göndəriblər. Rusiya prezidenti həmin vəzifədə 1990-cı ilədək çalışıb.

Rəsmi Moskva bu informasiyaya münasibət bildirib.

Prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib ki, o vaxtlar DTK ilə "Ştazi" tərəfdaş xidmətlər sayılırmış və bu baxımdan hər iki xidmətin əməkdaşlarına belə sənərlərin verilməsi gözləniləndir.

Babək Göyüş

© AzNews.az

image description image description