Bu barədə yeni hökumətdə xarici işlər naziri vəzifəsinə təyin olunacaq Ernesto Araujo özünün “Twitter”dəki səhifəsində yazıb. Bu barədə yeni hökumətdə xarici işlər naziri vəzifəsinə təyin olunacaq Ernesto Araujo özünün “Twitter”dəki səhifəsində yazıb.

Braziliya BMT-nin miqrasiya paktından geri çəkilir

Bu barədə yeni hökumətdə xarici işlər naziri vəzifəsinə təyin olunacaq Ernesto Araujo özünün “Twitter”dəki səhifəsində yazıb.

Braziliyanın yeni hökuməti BMT-nin ötən gün qəbul edilən miqrasiya paktından geri çəkilmək niyyətindədir.

Bu barədə yeni hökumətdə xarici işlər naziri vəzifəsinə təyin olunacaq Ernesto Araujo özünün “Twitter”dəki səhifəsində yazıb.

“Prezident Jair Bolsonarunun hökuməti BMT-nin Mərakeşdə qəbul olunan və problemin həlli üçün yararsız vasitə olan dünya miqrasiya paktından çəkiləcək”, - deyə E.Araujo qeyd edib. Onun fikrincə, immiqrasiya məsələsi qlobal miqyasda yox, ayrı-ayrı ölkələrin gerçəkliyi və suveren hüquqlarına uyğun həll edilməlidir.

Qeyd edək ki, ölkənin yeni seçilmiş Prezidenti Jair Bolsonaru 2019-cu ilin 1 yanvar taixində and içdikdən sonra hökumət fəaliyyətə başlayacaq.

Xatırladaq ki, ötən gün Mərakeşdə iclası keçirilən BMT-nin Hökumətlərarası Konfransı 164 ölkənin müxtəlif səviyyəli nümayəndələrinin iştirakı ilə “Təhlükəsiz, nizamlı və leqal miqrasiya üzrə qlobal paktı” təsdiqləyib. (report)

AzNews.az