Bu iddia ilə İŞİD-in maliyyə məsələlərinə baxan əməkdaşı Əbu Zeyd el-Ambari çıxış edib. Bu iddia ilə İŞİD-in maliyyə məsələlərinə baxan əməkdaşı Əbu Zeyd el-Ambari çıxış edib.

ABŞ və PKK İŞİD-in qızıllarını axtarır - 24 ton

Bu iddia ilə İŞİD-in maliyyə məsələlərinə baxan əməkdaşı Əbu Zeyd el-Ambari çıxış edib.

ABŞ və terror təşkilatı PKK-nın İŞİD-in Mosul və Rakkadan qaçarkən basdırdığı 24 ton qızılın ardınca düşdüyü iddia edilib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu iddia ilə İŞİD-in maliyyə məsələlərinə baxan əməkdaşı Əbu Zeyd el-Ambari çıxış edib. O, bu haqda "Yeni Şafak" qəzetinə açıqlama verib.

Ambariyə görə, terror təşkilatı İŞİD 2015-2017-ci illər arası Suriya və İraqda əldə etdiyi qənimətləri əridərək qızıl və gümüşə çevirib.

Təşkilat Mosul və Rakkadan çıxarkən bu qızıl və gümüşləri səhrada müəyyən nöqtələrə basdırıb.

ABŞ - PKK ittifaqı da indi bunların arxasınca düşüb.

"Qızılların harada gizləndiyini yalnız 7 adam bilirdi. Bunlardan ikisi öldürülüb, biri isə itkin düşüb. İndi ABŞ və PKK bu qızılları ələ keçirməyə çalışır". Ambari belə deyib.

O, daha sonra bunları qeyd edib: "Mosul və Rakkanın tutulmasından sonra İŞİD-in bəzi rəhbərləri bölgədən azad olmaq üçün 3 tondan artıq qızılı Peşmərgəyə, ABŞ əsgərlərinə, PKK-lılara və suriyalılara rüşvət kimi verib. Bu isə gizli saxlanılır və hələ də çox adam bu haqda bilmir".

Babək Göyüş

© AzNews.az