Mıng ABŞ-a qaytarılarsa, 30 il müddətinə həbs oluna bilər. Mıng ABŞ-a qaytarılarsa, 30 il müddətinə həbs oluna bilər.

“Huawei” şirkətinin maliyyə direktoru şərti azadlığa çıxdı - pasportunu əlindən aldılar

Mıng ABŞ-a qaytarılarsa, 30 il müddətinə həbs oluna bilər.

Çinin “Huawei” şirkətinin maliyyə direktoru Mıng Vancou 10 milyon Kanada dolları ödəmək şərti ilə azad edilib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara qarşı gələrək saxtakarlıq etdiyi deyilən Mıng Vancou məhkəmə qarşısına çıxıb.

Beynəxalq ictimaiyyət kanadalı hakim Viliam Ehrckendən Mıngın şərti azadlığa buraxılmağını tələb edib.

Hakimin qoyduğu şərtlərə görə, Vancouver şəhərində yaşamalı olan Mıng məhkəməyə təzminat kimi 10 milyon Kanada dolları verəcək.

“Lions Gate Risk Management Group” adlı özəl şirkətin hazırladığı GPS cihazını ayaq biləyində saxlamalı olan Mıng şirkət nümayəndələrinin onu bütün gün ərzində izləməsinə, lazım gələrsə, həbs etməyinə icazə verəcək.

Mıng bütün xərclərini özü qarşılamalı, müəyyən olunan ərazidən kənara çıxmamalı və bütün pasportlarını Kanadalı rəsmilərə verməlidir.

Mıngın bundan sonrakı aqibəti isə ABŞ rəhbərliyinin onu Kanadadan geri istəyib istəməyəcəyinə bağlıdır. Hakim Ehrcke amerikalıların bunu tələb etmək üçün 60 gün vaxtı olduğunu deyib.

Mıng ABŞ-a qaytarılarsa, Nyu Yorkda “Birdən çox beynəlxalq şirkəti aldatmaq”da təqsirləndirilib 30 il müddətinə həbs oluna bilər.

Digər tərəfdən mütəxəssislər Mıngın təzminatla azadlığa buraxılmasının gərginləşən ABŞ-Kanada-Çin əlaqələrindəki təzyiqin düşməyinə kömək edəcəyini deyir.

Pərvanə Ağazadə

AzNews.az