"Onun adı bizə dahi bir şəxsi xatırladır”. "Onun adı bizə dahi bir şəxsi xatırladır”.

Heydər Əliyev Qaqauziyada öndər kimi tanınır - "Qaqauziya" qəzetinin baş redaktoru

"Onun adı bizə dahi bir şəxsi xatırladır”.

“Heydər Əliyevi Qaqauziyada çox yaxşı tanıyırıq. Onun adı bizə dahi bir şəxsi xatırladır”.

Bunu AzNews.az-a “Vahid Qaqauziya” qəzetin baş redaktoru, eyni zamanda, Qaqauziyanın tanınmış bloggeri Dmitri Popozoqlo bildirdi.

O, Heydər Əliyevin Qaqauziya Respublikasında kifayət qədər tanındığını və hər zaman rəğbətlə yad edildiyini vurğuladı:

“Bütün Azərbaycana salam olsun! Biz Azərbaycana qardaşlıq hissləri ilə yanaşırıq. Azərbaycanla bağlı böyük gözləntilərimiz var. Azərbaycan bizə mental baxımdan çox yaxındır. Keçmiş SSRİ-də bir yerlə olmuşuq. Türkiyə ilə müqayisədə bizim Azərbaycanla ümumi dəyərlərimiz, xatirələrimiz daha çoxdur”.

Qaqauziyalı jurnalist əlavə etdi ki, Heydər Əliyev Qaqauziyada uğurlu bir siyasətçi və öndər kimi tanınıb, qəbul edilib. Qaqauziyada Komrat Dövlət Universitetinin qarşısında onun büstü qoyulub:

“Elə Komrat Universitetinin qarşısında olan büst də bizim xatirələrimizi, ümidlərimizi əks etdirir. Biz bilirik ki, Heydər Əliyev Azərbaycan xalqı üçün çox şeylər edib. Dövlətin inkişafı onun müəyyən etdiyi xətt üzrə gedir. Bu gün Azərbaycanın gündən-günə inkişaf etməsi bizi də sevindirir. Çünki Qaqauziya Azərbaycana dost və qardaş münasibəti bəsləyir”.

Elgün MƏNSİMOV

AzNews.az