Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Kiyevdə Heydər Əliyev adına parkda ulu öndərin heykəli önündə anım mitinqi keçirilib. Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Kiyevdə Heydər Əliyev adına parkda ulu öndərin heykəli önündə anım mitinqi keçirilib.

Kiyevdə Heydər Əliyev adına parkda anım mitinqi keçirildi - FOTOLAR

Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Kiyevdə Heydər Əliyev adına parkda ulu öndərin heykəli önündə anım mitinqi keçirilib.

Azərbaycanın Ukraynadakı Səfirliyindən verilən məlumata görə, anım mitinqində Ukraynada fəaliyyət göstərən Azərbaycan şirkətlərinin təmsilçiləri, tələbələrimiz, diaspor nümayəndələri, yerli vətəndaşlar iştirak ediblər.

İştirakçılar ilk öncə ulu öndərin heykəli önünə tər çiçəklər düzərək, xatirəsini ehtiramla yad ediblər.

Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində göstərdiyi misilsiz xidmətlərdən danışan ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Onun misilsiz xidmətləri, qurduğu uğurlu strategiyası nəticəsində Azərbaycan dünyada seçilən güclü dövlətlərdən birinə çevrilib.

Sonra Ukraynada Azərbaycan diasporunun fəalı Akif Gülməmmədov, “SOCAR Energy Ukraine” şirkətinin baş direktoru Elçin Məmmədov ümumilli liderin Azərbaycan xalqı qarşısında gördüyü unudulmaz xidmətlərdən danışıblar. Dünya Azərbaycanlılarının milli dövlətçilik ideologiyası ətrafında birləşməsində ulu öndərin tarixi xidmətlərindən bəhs edən natiqlər ömrünü xalqımızın və dövlətimizin xoş və parlaq gələcəyinə həsr etmiş Heydər Əliyev dühasının heç zaman unudulmayacağını vurğulayıblar.(trend.az)

© AzNews.az

image description image description