Tədbirdə Türkiyə, Ukrayna, Rusiya, Özbəkistan və Tacikistanın bu ölkədəki səfirləri iştirak ediblər. Tədbirdə Türkiyə, Ukrayna, Rusiya, Özbəkistan və Tacikistanın bu ölkədəki səfirləri iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin xatirəsi Astanada anıldı - FOTO

Tədbirdə Türkiyə, Ukrayna, Rusiya, Özbəkistan və Tacikistanın bu ölkədəki səfirləri iştirak ediblər.

Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı və Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə Astanada ümumilli lider Heydər Əliyevin anım tədbiri keçirilib.

AzNews.az xəbər verir ki, tədbirdə Türkiyə, Ukrayna, Rusiya, Özbəkistan və Tacikistanın bu ölkədəki səfirləri, diplomatik nümayəndəliklərin təmsilçiləri, Qazaxıstan və Qırğızıstanın tanınmış ictimai-siyasi xadimləri və icma nümayəndələri iştirak ediblər.

Ümumilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin qurulması, qüdrətlənməsi və müstəqilliyinin möhkəmləndirilməsində müstəsna xidmətlərinin olduğunu bildirdən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov onun müəyyənləşdirdiyi sülh strategiyası, mehriban qonşuluq və dostluq siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Səfirin sözlərinə görə, Heydər Əliyev, yüksək intellekt, fenomenal yaddaşı, natiqlik vergisi, öz mənəvi zənginliyi və insani praqmatizmi ilə zamanın fövqündə dayanırdı. O, Azərbaycan və qazax xalqları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində əvəzsiz rol oynayıb. Diplomat qeyd edib ki, məhz ulu öndər Heydər Əliyevlə prezident Nursultan Nazarbayevin sağlam təməllər üzərində qurduqları münasibətlərin nəticəsində, bu gün Azərbaycanla Qazaxıstan qırılmaz qardaşlıq telləri ilə bir-birinə sıx bağlanıb. Bu cür strateji yanaşma nəticəsində ölkələrimiz arasında illər ərzində hansısa problem yaşanmayıb və bu gün də həllini tapmamış heç bir məsələ yoxdur.

Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkin Heydər Əliyevlə şəxsən ünsiyyətdə olduğunu, dünya miqyaslı böyük lider kimi onun siyasi təcrübəsindən hər zaman faydalandığını qeyd edib. Diplomat qeyd edib ki, Heydər Əliyev hələ sovet dönəmində Azərbaycanda ciddi islahat və quruculuq həyata keçirən və bunu müstəqillik illərində böyük şövqlə davam etdirən lider kimi Azərbaycanın qazandığı ən mühüm nailiyyətlərin şəriksiz müəllifi olub O, ötən əsrin sonlarında Azərbaycanı mürəkkəb geosiyasi vəziyyətdən sosial-siyasi böhrandan uğurla çıxararaq ölkənin sabitliyini təmin edib. Bu bütövlükdə bölgənin digər ölkələrində də sabitliyin yaranması üçün ciddi təkan olub.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli vurğulayıb ki, Heydər Əliyev zəkası, müdrikliyi ilə sağlığında xalqı ağır bəlalardan qurtararaq gələcəyə daşıyacaq yeni siyasi xətt, yeni bir məktəb və yeni bir lider formalaşdırmışdı. Məhz bu amil onu xalqın əbədi liderinə və, Ulu Öndərinə çevirdi.

Akademiya rəhbəri bildirib ki, Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində formalaşan sistemli idarəçilik məktəbi sayəsində Azərbaycan bu gün beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə gücləndirir.

O, hərtərəfli və dərin siyasi bacarığı, ensiklopedik zəksı ilə bir xalq, bir ölkə, bir qitə çərçivəsinə sığacaq lider deyildi. O, bütün insanlığa məxsus böyük şəxsiyyət idi.”

Qeyd edək ki, tədbir çərçivəsində ümumilli liderin fəaliyyəti və Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafındakı rolundan bəhs edən film nümayiş etdirilib və iştirakçılar səfirliyin nəzdindəki muzeyə baxıblar.

AzNews.az

image description image description image description image description image description image description image description image description