Onun ikili vətəndaşlığı haqda yayılan informasiyalarda da şübhəli məqamlar aşkar edilib. Onun ikili vətəndaşlığı haqda yayılan informasiyalarda da şübhəli məqamlar aşkar edilib.

Roman Nəsirovun işdən çıxarılma prosesində qayda pozuntuları olub - Məhkəmədən açıqlama

Onun ikili vətəndaşlığı haqda yayılan informasiyalarda da şübhəli məqamlar aşkar edilib.

Xəbər verildiyi kimi, Kiyevin Dairə Administartiv Məhkəməsi əslən azərbaycanlı olan Roman Nəsirovu Dövlət Fiskal Xidmətinin sədri vəzifəsinə bərpa edib. Ukrayna Nazirlər Kabineti isə məhkəmənin bərpa qərarından şikayət etmək fikrində olduğunu gizlətməyib. ABŞ-ın Ukraynadakı səfirliyi də bu olaya münasibət bildirib və qeyd edib ki, Ukraynanın məhkəmə və antikorrupsiya islahatları hələ kamillikdən uzaqdır.

Kiyevin Dairə Administartiv Məhkəməsi də gündəm yaradan bu olaya aydınlıq gətirib.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, məhkəmənin hakimi Natalya Klimençuk bildirib ki, Roman Nəsirovun işdən çıxarılma prosesində qayda pozuntuları olub:

"Bu baxımdan onun öz işinə qayıtmasına qərar verdik. İkincisi, Nəsirovun ikili vətəndaşlığı haqda yayılan informasiyalarda da şübhəli məqamlar var idi. Məhkəmə o şübhələri üzə çıxartdı və bildirdi ki, Nəsirovun ikili vətəndaşlığı yoxdur.

Ukraynanın baş naziri Nəsirovun işdən uzaqlaşdırılması prosesində də pozuntulara yol verib. Belə ki, məmurun vəzifəsindən ayrılması haqda o, hökumətə məlumat ötürməyib".

Babək Göyüş

© AzNews.az