Türkiyə 1056 döyüş təyyarəsi ilə ilk onluqda qərarlaşıb. Türkiyə 1056 döyüş təyyarəsi ilə ilk onluqda qərarlaşıb.

Azərbaycanın 135 döyüş təyyarəsi var, Ermənistanın isə...

Türkiyə 1056 döyüş təyyarəsi ilə ilk onluqda qərarlaşıb.

Dünya ölkələri üzrə döyüş təyyarələrinin sayı açıqlanıb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, dünya ölkələrinin hava və dəniz gücləri ilə bağlı məlumatlar paylaşan “Global Power” saytı dünya ordularının döyüş təyyarələrinin sayını açıqlayıb.

Siyahıda Azərbaycan 135 döyüş təyyarəsi ilə 62-ci yerdədir.

Ermənistan 64 döyüş təyarəsi ilə 85-ci, Gürcüstan 57 döyüş təyyarəsi ilə 88-ci, İran 505 döyüş təyyarəsi ilə 24-cü yeri tutur. Türkiyə isə 1056 döyüş təyyarəsi ilə ilk onluqda qərarlaşıb.

Heç bir döyüş təyyarəsi olmayan ölkə kimi Liberiyanın adı göstərilib.

Dünya ölkələri arasında ən çox döyüş təyyarəsi olan ölkələrin ilk onluğu isə belədir:

10. Türkiyə: 1056

9. Misir: 1132

8. Fransa: 1262

7. Pakistan: 1281

6. Yaponiya: 1508

5. Cənubi Koreya: 1560

4. Hindistan: 2185

3. Çin: 3035

2. Rusiya: 3914

1. ABŞ: 13362

Elgün
AzNews.az