Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın Cənubi Koreyaya bu il səfər etməsi çətin mümkün olsun. Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın Cənubi Koreyaya bu il səfər etməsi çətin mümkün olsun.

Kim Çen Inın Seula bu il səfəri baş tutmaya bilər

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın Cənubi Koreyaya bu il səfər etməsi çətin mümkün olsun.

Yonhap agentliyi xəbər verir ki, bu barədə Cənubi Koreyanın Prezident ofisinin məlumatında qeyd olunur.

“KXDR liderinin bu ilin sonunadək Seula səfər etməsi ilə bağlı fikirlər var. Amma həmin səfərlə əlaqədar bu günədək heç bir qərar yoxdur. Ona görə də Kim Çen Inın cari ildə Cənubi Koreyaya səfər etməsi mümkünsüz görünür”, - deyə Prezident ofisinin rəsmisi bəyan edib.

Qeyd edək ki, Koreya Respublikasının Prezidenti Mun Ce-inin sentyabrda Pxenyana səfəri zamanı KXDR lideri Kim Çen In ən yaxın zamanda Seula səfər edəcəyini bildirmişdi.(AZƏRTAC)

© AzNews.az