Qumlu çimərliklərdə risk daha yüksəkdir Qumlu çimərliklərdə risk daha yüksəkdir

Yaponiyanı böyük təhlükə gözləyir - Çimərliklər yox ola bilər

Qumlu çimərliklərdə risk daha yüksəkdir

Yaponiya Milli Ekoloji Araşdırmaları İnstitutu ilə 27 fərqli qurumun araşdırmaları nəticəsində Yaponyadakı qumlu çimərliklərin 60 faizinin qlobal isinmə səbəbiylə yox olacağı məlum olub.

AzNews.az xəbər verir ki, çimərliklər yüksələn dəniz səviyyələri ilə əlaqədar bu yüzilliyin sonunda məhv olacaq.

Elm adamları BMT-nin İqlim Dəyişikliyi Paneli hesabatlarını və digər əlaqəli qaynaqların 2014-cü il üzrə dəyərləndirmələrini analiz ediblər.

Ekspertlər qlobal istiliyin təqribən 4 dərəcə yüksəlməsi halında Yapon arxipelaqındakı dəniz seviyyələrinin 21-ci əsrin sonuna qədər 60 santimetrə qədər yüksələ biləcəyini söyləyiblər.

Qeyd edilir ki, qumlu çimərliklərdə risk daha yüksəkdir. Belə çimərliklərin 46-60 faizi tamamilə yox olacaq.

Yayımlanan hesabata görə, Tokionun cənubundakı Çiqasaki şəhərində sahil xətti 50 il boyunca 2005-ci ilə qədər olan müddətdə 50 metrə qədər daralıb.

Elgün

AzNews.az