İsrail həbsxanalarında 6 min fələstinli var. İsrail həbsxanalarında 6 min fələstinli var.

İsrail ordusu 2 fələstinli millət vəkilini saxladı

İsrail həbsxanalarında 6 min fələstinli var.

İsrail ordusu işğal altında olan Qərbi Şəriada Fələstin məclisindən olan 2 millət vəkili ilə bir Həmas rəhbərini saxlayıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, şahidlərdən alınan məlumatlara görə, İsrail əsgərləri səhər saatlarında fələstinli millət vəkili Yasir Mansur ilə Həmas rəhbərlərindən olan Mustafa eş-Şennarın Qərbi Şerianın Nablus şəhərindəki evlərinə basqın edib və evlərində axtarış aparıb.

Ardınca Mansur və Şennar saxlanılıb.

İsrail ordusu millət vəkili İsmail Tallın El-Halil şəhərinə bağlı olan Ez-Zahiriyyedəki evinə də basqın ediblər. Əsgərlər evdə apardıqları axtarışlardan sonra onu tutublar.

Qeyd edək ki, işğal altındakı Qərbi Şeria və Şərqi Qüdsdəki evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri həbs edir.

Fələstinin rəsmi mənbələrindən verilən məlumatlara görə, İsrail həbsxanalarında 6 min fələstinli var.

Pərvanə Ağazadə

AzNews.az