- Dünyanın halı
- 14 Dekabr 2018 21:46
- 1 754
Kanadada nadir almaz tapıldı
Bundan əvvəlki rekord 1888-ci ildə tapılmış 440 karatlıq sarı almaza məxsusdur.
Kanadanın Şimal-Qərb Torpaqları əyalətindəki Diavik mədənində 552 karatlıq (110,4 qram) sarı almaz tapılıb.
Bu, Şimali Amerikada indiyədək tapılan ən iri almazdır. Bundan əvvəlki rekord 1888-ci ildə tapılmış 440 karatlıq sarı almaza məxsusdur.
Mədənin sahibi olan “Dominion Diamond Mines” şirkətinin baş direktoru Şeyn Dörgin daşın zərgər keyfiyyətində olduğunu, lakin dəyərini təyin etmək üçün hər hansı əlamətini aşkar etmədiklərini diqqətə çatdırıb.
Qeyd edək ki, daha əvvəl Hindistan dünyada ilk dəfə almaz birjası yaradıb. (report)
AzNews.az