Daha 147 işlə bağlı materiallar hazırlanır. Daha 147 işlə bağlı materiallar hazırlanır.

Ermənistanda 442 seçki qanunsuzluğu faktı üzrə 6 cinayət işi qaldırıldı

Daha 147 işlə bağlı materiallar hazırlanır.

Ermənistanda dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərində 442 qanun pozuntusu qeydə alınıb.

Bu barədə "News.am"a Ermənistanın Baş Prokurorluğundan bildirilib.

Prokurorluqdan qeyd ediblər ki, aşkarlanan seçki qanunsuzluqları ilə əlaqədar cəmi 6 cinayət işi qaldırılıb. Daha 147 işlə bağlı materiallar hazırlanır.

Ermənistanın baş prokurorunun qərarı ilə Baş Prokurorluqda yaradılmış işçi qrup dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri zamanı qeydə alınan 442 hadisə və pozuntulara yekun vurub.

Qeyd edək ki, Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərində bir sıra qanun pozuntuları qeydə alınıb. (Report)