Oktyabrın 28-də Braziliyada prezident seçkilərinin ikinci turunda Jair Bolsonaru qalib olub. Oktyabrın 28-də Braziliyada prezident seçkilərinin ikinci turunda Jair Bolsonaru qalib olub.

Argentina prezidenti Braziliya dövlət başçısının inauqurasiyasına getməyəcək

Oktyabrın 28-də Braziliyada prezident seçkilərinin ikinci turunda Jair Bolsonaru qalib olub.

Argentina prezidenti Maurisio Makri Braziliyanın dövlət başçısı Jair Bolsanarunun andiçmə mərasiminə qatılmayacaq.

Bu barədə Argentina prezidenti "Twitter"də bildirib.

Maurisio Makri qeyd edib ki, onun Jair Bolsanaru ilə ilk görüşü yanvarın 1-də keçiriləcək inauqurasiya mərasimində deyil, yanvarın 16-da baş tutacaq.

"Jair Bolsanaurla yenicə telefonla danışdıq. Biz razılaşdırdıq ki, tarixin yeni mərhələsində birlikdə işləməyə başlamaq üçün yanvarın 16-da Braziliyada görüşək", - deyə o yazıb.

Oktyabrın 28-də Braziliyada prezident seçkilərinin ikinci turu keçirilib. Nəticələrə əsasən sağ namizəd Jair Bolsonaru qalib olub. (Report)