Doğma qardaşlarım mənə təzyiq etməyə başlamışdı. Doğma qardaşlarım mənə təzyiq etməyə başlamışdı.

Zəng vurdum ki, İlham, mənə təcili 900 milyon dollar lazımdır - Lukaşenko

Doğma qardaşlarım mənə təzyiq etməyə başlamışdı.

Xəbər verildiyi kimi, Belarus prezidenti Aleksandr Lukaşenko ötən gün Minskdə çoxsaylı Rusiya media nümayəndələri ilə görüşüb.

Lukaşenko görüşdə bir çox detalları, o cümlədən dövlət başçıları ilə söhbətlərinin detallarını açıb. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından tutmuş Azərbaycana silah satışına, KTMT-nin baş katibi ilə bağlı qalmaqaldan Rusiya prezidenti Vladimir Putinlə qazın qiymətinə görə girdiyi mübahisəyə qədər bir çox mövzulardan danışıb.

Belarus rəsmi KİV-ləri Lukaşenkonun çıxışının stenoqramını yayır. Onun maraqlı açıqlamalarından biri də Azərbaycanın Belarusa təcili borc verməsi ilə bağlıdır. Bu əhvalat bir neçə il əvvəl olmuşdu və Rusiya Belarusu sıxışdıraraq qaza görə yaranan borcun təcili ödənilməsini tələb edirdi. “Qazprom” xəbərdarlıq edirdi ki, borc ödənilməsə Belarusun qaz təchizatını dayandıracaq. Belə vəziyyətdə Belarus prezidenti azərbaycanlı həmkarı İlham Əliyevlə əlaqə saxlayıb və bir neçə həftəliyə iri məbləğdə borc xahiş edib. Azərbaycan prezidenti bu xahişi təmin edib və Belarusa təcili kredit verib. Belarus tərəfi borcu tezliklə ödəyib.

Lukaşenko rusiyalı jurnalistlərlə görüşündə Azərbaycanla münasibətlər barədə danışarkən həmin epizodla bağlı bunları deyib: “Daha bir məqam. O vaxt mənə Rusiyaya təcili 900 milyon dollar qaytarmaq lazım idi. Doğma qardaşlarım mənə təzyiq etməyə başlamışdı. Qazı kəsmişdilər. Mən zəng vurdum: İlham, deyirəm, mənə təcili 900 milyon dollar lazımdır. Mən maliyyə nazirini, hökumət nümayəndə heyətini göndərirəm, onlar müqavilə bağlayacaq. Lakin mənə pul sabaha lazımdır. Mən Putinə 900 milyon dollar verməliyəm. Ona söz verdim ki, uzağı 3 həftəyə, yaxud bir aya qaytaracam. Lakin vaxtından tez qaytardım. Bilirsiniz, bu çox dəyərlidir. Ona görə də mən ona çox yaxın adamım kimi yanaşıram. Və o da mənə o cümlədən”. (Virtualaz.org)