"Mən bundan sonra getdim Serj Azadoviçin yanına və bunları ona çatdırdım". "Mən bundan sonra getdim Serj Azadoviçin yanına və bunları ona çatdırdım".

Lukaşenko: İlham Əliyev borunu Ermənistandan keçirməyi təklif etdi

"Mən bundan sonra getdim Serj Azadoviçin yanına və bunları ona çatdırdım".

Xəbər verdiyimiz kimi, Belarus prezidenti Aleksandr Lukaşenko dünən Rusiya jurnalistləri ilə söhbətdə Qarabağ münaqişəsinin nizama salınmasında öz rolundan danışmışdı.

BELTA-ya istinadən xəbər verilir ki, Belarus lideri və Rusiya prezidenti Vladimir Putin Ermənistanın sabiq prezidenti Serj Sarkisyanı hər vəhclə birinci Qarabağ müharibəsi dövründə erməni ordusu tərəfindən tutulmuş Qarabağ ətrafındakı beş rayonun qaytarılmasına razı salmağa çalışıblar. Ancaq S.Sarkisyan bu sülh təşəbbüsündən imtina edib.

A.Lukaşenko həmçinin ilk dəfə daha bir baş tutmayan layihədən danışıb. Belarus prezidentinin sözlərinə görə, Azərbaycandan Gürcüstana boru xəttinin çəkilməsi haqda söhbət gedirdi və Belarus lideri bununla bağlı həmin ölkələrin rəhbərləri ilə danışıb: "Onlar boru çəkirdilər. Məncə, qaz borusu. Və o, Ermənistandan yan keçdi".

Aleksandr Lukaşenko bildirib ki, onda Azərbaycan prezidenti İlham Əliyevlə əlaqələri var idi və o təklif edib ki, Ermənistan vasitəsilə tranzitin təşkili üçün prezident Serj Sarkisyanla danışsın, bu hər iki tərəfə sərfəli olardı: "Dedi ki, “mən təklif etdim, dedim ki, bu problemləri həll etmək lazımdır, mən bu borunu çəkəcəyəm və Ermənistanı bərpa etməyə kömək edəcəyəm”. Onda onlarda pul hədsiz dərəcədə çox idi. Və mən bundan sonra getdim Serj Azadoviçin yanına və bunları ona çatdırdım. Yenə imtina etdilər. Halbuki münaqişə onsuz da nə vaxtsa sülhlə bitəcək", - deyə Belarus lideri qeyd edib.

Tamamilə mümkündür ki, söhbət Azərbaycandan qazın Gürcüstana və Türkiyəyə çatdırılmasını həyata keçirən Bakı-Tbilisi- Ərzurum Cənubi Qafqaz qaz kəmərinin tikintisi çərçivəsindəki işlər haqda gedə bilərdi. (Virtualaz.org)