"Bir il ərzində Rusiya həbsxanalarından bir nəfər də olsun, məhkumu azad edə bilməmişik". "Bir il ərzində Rusiya həbsxanalarından bir nəfər də olsun, məhkumu azad edə bilməmişik".

"Putinin mənə deməyə sözü yoxdur"

"Bir il ərzində Rusiya həbsxanalarından bir nəfər də olsun, məhkumu azad edə bilməmişik".

"Rusiya prezidenti Vladimir Putinin deməyə sözü olmadığına görə mənimlə görüşmür".

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Petr Poroşenko bu gün keçirdiyi mətbuat konfransında səsləndirib.

"Bir il ərzində Rusiya həbsxanalarından bir nəfər də olsun, məhkumu azad edə bilməmişik. Ona görə ki, Putin mənimlə danışmaq istəmir. Danışmamağının səbəbi də onları buraxmamaqdır". Poroşenko belə deyib.

Ukrayna prezidenti Kerç boğazında Rusiya Federasiyasının təcavüz aktından sonra Putinlə əlaqə saxladığını, ancaq onun danışmaq istəmədiyini xatırladıb: "Biz isə həmin vaxt beynəlxalq tərəfdaşlarımızla intensiv məsləhətləşmələr apardıq. Nəticədə Kerç insidenti ilə bağlı G7-nin, Avropa Birliyinin və tərəfdaş ölkələrin bəyanatları səsləndi. Putin isə bunu gözləmirdi".

Babək Göyüş

AzNews.az