Bu gün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “Taliban” silahlı hərəkatının nümayəndələri ABŞ rəsmiləri ilə görüşərək Əfqanıstanda sülhə dair danışıqlar aparacaqlar. Bu gün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “Taliban” silahlı hərəkatının nümayəndələri ABŞ rəsmiləri ilə görüşərək Əfqanıstanda sülhə dair danışıqlar aparacaqlar.

“Taliban” ABŞ-la danışıqlara başlayır

Bu gün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “Taliban” silahlı hərəkatının nümayəndələri ABŞ rəsmiləri ilə görüşərək Əfqanıstanda sülhə dair danışıqlar aparacaqlar.

Bu barədə “Taliban”ın mətbuat katibi Zabiulla Mücahid "Tvitter"dəki səhifəsində bəyan edib.

Onun sözlərinə görə, danışıqlarda həmçinin, Səudiyyə Ərəbistanı, Pakistan və BƏƏ nümayəndələri də iştirak edəcəklər. Lakin Mücahid Pakistanın vasitəçiliyi ilə təşkil olunan görüşün dəqiq məkanı və danışıqların gündəliyinə konkret hansı məsələlərin salındığına aydınlıq gətirməyib.

Bugünkü danışıqlara da Əfqanıstan hökumətinin nümayəndələri qatılmayacaq. İndiyədək “Taliban” əfqan hökumətini Amerikanın oyuncağı adlandıraraq onunla birbaşa danışıqlardan imtina edib. Silahlı hərəkat hesab edir ki, Əfqanıstan hökumətini idarə edənlərin özü ilə danışıqlar aparılmalıdır və bu səbəbdən də yalnız ABŞ nümayəndələri ilə görüşlər keçirib.

Bundan əvvəl Əfqanıstanın Ali Sülh Şurasının rəsmi nümayəndəsi İhsan Təhiri isə bəyan etmişdi ki, Əfqanıstan hökuməti ilə “Taliban” silahlı hərəkatı arasında sülhə dair birbaşa rəsmi danışıqlar bu ilin sonu, yaxud 2019-cu ildə başlaya bilər. Onun sözlərinə görə, rəsmi Kabil heç bir ilkin şərt olmadan “Taliban”la Əfqanıstanın gəlcəyinə aid istənilən məsələni, hətta ölkə konstitusiyasına mümkün dəyişiklikləri müzakirə etməyə hazırdır.

Qeyd edək ki, “Taliban” qruplaşması hökumətlə birbaşa dialoqa başlamazdan əvvəl bir sıra şərtlərinin yerinə yetirilməsində, xüsusən də ABŞ başda olmaqla bütün xarici silahlı qüvvələrin Əfqanıstandan tam çıxarılmasında təkid edir. Onların fikrincə, bu, konstitusiyanın bir sıra maddələrinin dəyişdirilməsi, qadınların və etnik azlıqların hüquqlarının müdafiəsi, narkoticarətlə mübarizə və ölkədəki digər kompleks problemlərin həllinə başlamaq üçün olduqca vacibdir.

“Taliban” hərəkatı Şeyx Məhəmməd Ömərın başçılığı ilə 1994-cü ildə Qəndəhar şəhərindəki mədrəsədə formalaşdırılıb. 1996-2001-cü illərdə Əfqanıstanda hakimiyyəti ələ keçirib və ölkənin adını “Əfqanıstan İslam Əmirliyi”nə dəyişib. O zaman “Taliban”ın Əfqanıstandakı hakimiyyətini yalnız 3 ölkə - Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Pakistan tanıyıb. 2004-cü ildən isə Pakistanın şimalındakı Vəziristan əyalətini idarə ediblər.

Silahlı qruplaşmaya çevrilən “Taliban” hərəkatı Əfqanıstanın islam bayrağı altında birləşməsini, ölkənin şəriət qaydaları ilə idarə olunmasını tələb edir. Digər dinlərə qarşı amansız mövqe sərgiləyir. 2003-cü ildən “Taliban” hərəkatı BMT Təhlükəszilik Şurası tərəfindən terror təşkilatı kimi tanınır.(azvision.az)

© AzNews.az