Rusiya hələ də Paşinyanı təbrik etməyib Rusiya hələ də Paşinyanı təbrik etməyib

Ermənistanla Rusiya arasında münasibət gərginləşir - erməni qəzeti

Rusiya hələ də Paşinyanı təbrik etməyib

Ermənistanla Rusiya arasında münasibət günü-gündən gərginləşir.

AzNews.az erməni mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı Ermənistanın "Qraparak" qəzeti yayıb.

Mənbə bildirir ki, 8 aydır baş nazir vəzifəsini tutan Nikol Paşinyan rəsmi olaraq Rusiyaya dəvət edilməyib: "KTMT probleminə indi də təbii qazın qiymətləri əlavə olunacaq".

Avrasiya İqtisadi Birliyi ölkələri ərazisində Rusiyadan ən ucuz qazı Belarus və Ermənistan alır. Rəsmi Yerevanın isə Moskva ilə qaz anlaşmasının vaxtı bu il dekabrın sonunda başa çatır.

Putin hələ də Paşinyanı təbrik etməyib. Ancaq deyirlər ki, Kremlin sahibi parlament seçkiləri ilə bağlı təbrik etməməlidir.

Xatırladaq ki, 2017-ci il parlament seçkilərindən bir gün sonra Putin Respublika partiyasını və Serj Sarkisyanı təbrik etmişdi.

Babək Göyüş

© AzNews.az