Baş nazir İranın nüvə proqramına qarşı bütün dünyada mübarizə apardıqlarını dilə gətirib. Baş nazir İranın nüvə proqramına qarşı bütün dünyada mübarizə apardıqlarını dilə gətirib.

İsrailin Baş naziri “agent”ləri ilə bağlı açıqlama verdi - İrana gedib gəlirlər

Baş nazir İranın nüvə proqramına qarşı bütün dünyada mübarizə apardıqlarını dilə gətirib.

İsrailin Baş naziri Binyamin Netanyahu nüvə proqramını idarə etmək üçün agentlərinin müəyyən fasilələrlə İrana getdiyini deyib.

AzNews.az Türkiyə mediasına istinadən məlumat verir ki, Xarici İşlər Nazirliyində israilli diplomatlarla olduğu görüşdə çıxış edən Netanyahu İsrail agentlərinin İranın "nüvə planlarını" pozmaq üçün bu ölkədə əməliyyatlarına davam etdiyini bildirib.

O, İranın nüvə proqramına qarşı bütün dünyada mübarizə apardıqlarını dilə gətirib. Netanyahu nə baş verdiyini görmək üçün müəyyən vaxtlarda İranı ziyarət etdiklərini də əlavə edib. Amma o, bu barədə ətraflı məlumat verməyib.

Baş nazir aprelin sonunda verdiyi açıqlamada İsrail kəşfiyyatının İranın nüvə silahı istehsal etmək üçün gizli bir proqram üzərində işlədiyinə dair dəlillərə çatdığını iddia etmişdi.

O, İsrail kəşfiyyatının "İran nüvə proqramı” haqqında 183 CD-də toplanmış 55 min səhifəlik gizli məlumatı əldə etdiyini demişdi.

Əsmər Qabil

AzNews.az