Bir çoxları bunu idmandakı mərc oyununa bənzədir. Bir çoxları bunu idmandakı mərc oyununa bənzədir.

Putin Köçəryanın simasında özünü, Paşinyanın simasında cəlladını görür - erməni ekspert

Bir çoxları bunu idmandakı mərc oyununa bənzədir.

Ermənistanda hazırkı ən müzakirə edilən söhbət Vladimir Putinin Nikol Paşinyanı təbrik edib-etməməyidir. Bu, hətta siyasi xəttin çərçivəsindən çox kənara çıxıb. Bir çoxları bunu idmandakı mərc oyununa bənzədir. Belə hal isə bizim milli mentalitetimizə görə uyğunlaşdırılıb. Hər il aprelin 24-də idman marağı kimi gözləyirik ki, görəsən ABŞ prezidenti "soyqırımı" sözünü işlədəcəkmi?

AzNews.az erməni mediasına istinadən xəbər verir ki, bu fikirləri ru.1in.am saytında erməni ekspert Sarkiz Arçruni yazıb.

Onun sözlərinə görə, hətta Ağ Evin sahibi o sözü işlətsə belə Ermənistanın və erməniliyin nə udacağını bilmirik:

"Əgər Putin Paşinyanı adi bir mətnlə təbrik etsəydi, bu, Ermənistan-Rusiya münasibətlərinin kritik olmasını daha böyük anlamda gizlədə bilərdi və "əsrlərdir davam edən dostluq", "qardaşlıq" fikirlərinin reallığını tarixi stereotiplər çərçivəsində kölgədə qoya bilərdi.

Putinin və onun dostlarının motivasiyası isə aydındır. Onlar erməni inqilabının və 9 dekabr seçkilərindəki qələbəni qəbul etmədiklərindən alqışlaya bilmirlər.

Erməni inqilabının nəticəsində isə keçmiş prezident (Robert Köçəryan) həbsxanya göndərildi.

Babək Göyüş

© AzNews.az