Polisin keçirdiyi əməliyyatdan sonra qadın azad edilib. Polisin keçirdiyi əməliyyatdan sonra qadın azad edilib.

Həkimlər qubernatorun arvadını girov götürdülər

Polisin keçirdiyi əməliyyatdan sonra qadın azad edilib.

Meksikanın Tabasko ştatının Vilyaermos şəhərində uşaq xəstəxanasının həkimləri aylarla verilməyən maaşlarının ödənilməsi üçün qəti addım atıblar.

“Universal” portalı xəbər verir ki, qəzəbli həkimlər yerli qubernator Arturo Nunyesin həyat yoldaşını girov götürüblər.

Ailə inkişaf sisteminə rəhbərlik edən Marta Liliya Lopez altı saatdan çox həkimlərin “nəzarətində” olub. Polisin keçirdiyi əməliyyatdan sonra qadın azad edilib.

Maaş tələb edən həkimlər prokurorluğa aid iki avtomobili aşırıb, şüşələrini sındırıblar.

Qeyd edək ki, Tabasko ştatında tibb işçilərinin maaşı və illik mükafatı üzrə yığılan borc artıq 10 milyon dolları ötüb.(oxu.az)

© AzNews.az