Azad Suriya Ordusu rəsmi Ankaradan əmr gözləyir. Azad Suriya Ordusu rəsmi Ankaradan əmr gözləyir.

PKK-lıları qazdıqları xəndəklərində basdıracağıq - Fırat əməliyyatına az qalıb

Azad Suriya Ordusu rəsmi Ankaradan əmr gözləyir.

Fıratın şərqində Türk Silahlı Qüvvələrinin keçirəcəyi əməliyyat üçün geri sayım davam edir.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, geri sayım davam edərkən “Fırat Kalkanı” və “Zeytin Budağı” əməliyyatlarında göstərdiyi qəhrəmanlıqlara görə prezident Ərdoğanın “cəngavərlər” deyə təriflədiyi Azad Suriya Ordusu da əmr gözləyir.

TSQ-nin Fıratın şərqində keçirəcəyi əməliyyata hazırlıqlar davam edir. PKK/YPG-li terroristlərin işğalı altında olan bölgədə keçirilməsi nəzərdə tutulan əməliyyatı “Zeytin Budağı”əməliyyatına rəhbərlik edən general İsmail Metin Temel idarə edəcək.

Suriyanın şimalındakı terror təhdidini yox edəcək əməliyyatdan əvvəl MİT və TSQ qərargahları ard-arda iclaslarla əməliyyatın detallarından danışırlar.

ASO Türkiyədən gələcək əmri gözləyir. “Fırat Kalkanı” və “Zeytin Budağı” hərəkatlarında böyük uğur əldə edən və Ərdoğanın “ASO-nun cəngavərləri” deyərək təriflədiyi Suriyalı döyüşçülərin komandirləri Türk ordusu ilə birlikdə məzlum Suriya xalqının talelərini dəyişdirəcəklərini bildirib.

Fıratın şərqində baş tutacaq əməliyyatda təxminən 20 min ASO döyüşçüsü iştirak edəcək. Əməliyyatda 6 min 500 döyüşçü ilə iştirak edəcək Hamza bölgəsi komandiri Seyf Əbu Bəkir belə deyib:

“Fırat Kalkanı” və “Afrin” əməliyyatında Suriya xalqına azadlıq gətirdik. Fıratın şərqində əsarət altında qalan yüz minlərlə insanı terror qruplaşmalarının işğalından xilas edəcəyik. Ayn-Əl Ərəbdə, Tel Abyadda, Resulaynda və daha bir neçə bölgədə insanlar Türk və Suriya ordusunu gözləyir. Terror təşkilatı olan PKK/YPG-nin kökünü Suriyanın şimalından təmizləyəcəyik”.

Münbiçdəki, Tel Abyaddakı türkmənlərin, ərəblərin və kürdlərin həsrətlə Türkiyə və Suriya ordusunu gözlədiyini deyən Fatih Sultan Mehmet bölgəsi üzrə komandir Mahmut Süleyman “Terror qruplaşması Fıratın şərqini işğal etdi, amma ordakı qohum-qardaşlarımızla əlaqəmiz kəsilmədi. Fıratın şərqindəki qardaşlarımız bizi həsrətlə gözləyir. Aylardır bu əməliyyat üçün hazırlaşırıq. Türkiyədən əmr gözləyirik. Suriyanın şimalından PKK/YPG bəlasını rədd edəcəyik”, - deyə bildirib.

Fıratın şərqində hazırlıqlar davam edir, “Fırat Kalkanı” və “Zeytin Budağı” bölgələrində isə təhlükəsizlik işləri görülür. Əməliyyat siqnalının verilməsindən sonra bölgədə etirazlara başlayan terror qruplaşmasının üzvləri Afrin, Azez və Əl Babda 6 bombalı hücum həyata keçirib. Nəticədə 16 nəfər ölüb, 70 nəfər yaralanıb.

Suriya Türkmən və Ərəb Tayfa Birliyinin rəhbərinin köməkçisi Ömər Dədə keçiriləcək əməliyyat haqqında danışıb:

“Türk ordusu ilə ASO-nun gücü və tayfaların dəstəyi ilə hərəkat başlayanda PYD/PKK-nın işğal etdiyi torpaqlardan kökü kəsiləcək. Tayfalar həm öz vətənlərini qorumaq istəyirlər. İki mindən çox tayfa üzvü əməliyyata hazırlaşır. Terrorçular isə qazdıqları xəndək və tunellər vasitəsilə qaçmaq haqda düşünürlər. Onları qazdıqları xəndəklərində basdıracağıq”.

Münbiç Ərəb Tayfa lideri Abdulkerim Fahal isə “Bölgə hərəkatla PKK-lıların əsarətindən xilas olacaq. Xalqın mallarını əllərindən alırlar. Qazdıqları çuxurlara basdırılacaqlar. Bunu bundan əvvəl Afrində də gördük”, - deyib.

Pərvanə Ağazadə

AzNews.az