Həftəsonu 100 peşmərgə Şimali Suriyaya keçərək YPG ilə iclas keçirib. Həftəsonu 100 peşmərgə Şimali Suriyaya keçərək YPG ilə iclas keçirib.

ABŞ Firat əməliyyatına əngəl törədir - Peşmərgə Suriyaya göndərildi

Həftəsonu 100 peşmərgə Şimali Suriyaya keçərək YPG ilə iclas keçirib.

ABŞ Türkiyənin keçirəcəyi əməliyyatı əngəlləmək üçün Şimali İraqda təlim keçən Roj peşmərgələrini Suriyanın şimalına keçirmək üçün düyməni basıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ, beləliklə Türkiyə ilə YPG arasında peşmərgəni canlı hədəf kimi istifadə etmək istəyir.

Ötən həftənin sonu 100 peşmərgə Şimali Suriyaya keçərək YPG ilə iclas keçirib.

Bunun davamının qısa müddət ərzində gələcəyini Şimali İraqdakı Suriyalı peşmərgələrin komandirlərindən biri Bedel Bendi açıqlayıb:

“Qüvvələrimiz qısa müddət ərzində Suriyaya keçəcək. Bu gün ya da sabah, ən qısa zamanda Suriyanın şimalında olacaq”.

Türkiyə isə hadisələri yaxından izləyir. Rəsmilər “Peşmərgənin Şimali Suriyaya yerləşdirəcəyi haqqında əlimizdə dəqiq məlumat yoxdur, izləyirik” deyir.

Ankara ABŞ-ın Fıratın şərqi istiqamətində keçiriləcək hərəkatı əngəlləməyə yönəlmiş bu addımını “Ortaq məxrəc kimi təqdim olunsa da, narahat edən bir addımdır” kimi şərh edib.

Əldə olunan məlumata görə, Ankara-Erbil xəttində hələlik təmas yoxdur. Referendumdan sonra Türkiyə və Erbilin münasibətləri həssaslaşıb.

Qeyd edək ki, suriyalı peşmərgələr 2012-ci ildə YPG-nin təzyiqi ilə Şimali İraqa keçmişdi. Orada Şimali İraq regional hakimiyyətinin təhlükəsizliyi peşmərgəyə verilmişdi. Saylarının 7-8 min olduğu təxmin edilir. Roj peşmərgələri 2014-cü ildə Mosulda İŞİD-ə qarşı döyüşüblər. Həmin tarixdən bu yana 2-3 min Roj peşmərgə Suriya-İraq sərhədinə yaxın nöqtələrdə yerləşir.

Pərvanə Ağazadə

AzNews.az