Malayziyanın korrupsiyada təqsirli bilinən müxalifət lideri vəzifəsini tərk edib. Malayziyanın korrupsiyada təqsirli bilinən müxalifət lideri vəzifəsini tərk edib.

Qalmaqallı müxalifət lideri vəzifəsindən getdi

Malayziyanın korrupsiyada təqsirli bilinən müxalifət lideri vəzifəsini tərk edib.

Malayziyanın sabiq Baş nazirinin müavini Əhməd Zahid Hamidi korrupsiya itttihamı ilə əlaqədar ölkənin keçmiş hakim bloku olan Birləşmiş Malay Milli Təşkilatının (OMNO) prezidenti vəzifəsini tərk edib.

Bu barədə “The Star” qəzetinin internet versiyası məlumat yayıb.

Korrupsiya qalmaqalı ilə əlaqədar partiyanın bir çox üzvü təşkilatı tərk etdikdən sonra Ə.Z.Hamidi öz səlahiyyətlərini müavininə təhvil verdiyini bildirib. O, bu barədə qərarını dekabrın 18-də axşam saatlarında elan edib və bildirib ki, məqsədi partiyanı dağılmaqdan xilas etməkdir.

Sabiq Baş nazirin müavininə qarşı kirli pulların yuyulması, etibardan sui-istifadə, rüşvət almaq ittihamları irəli sürülüb. Özünü təqsirkar bilməyən siyasətçi elan edib ki, məhkəmədə ittihamın bütün bəndləri üzrə özünü müdafiə edəcək. Məhkəmənin müəyyən girov müqabilində onu azad etdiyi bildirilir.

2018-ci ilin mayında keçirilən seçkilərdə məğlub olan sabiq Baş nazir Nacib Razakın müavini və OMNO-nun prezidenti Əhməd Zahid Hamidi son aylar Antikorrupsiya Komissiyası tərəfindən altı dəfə dindirilib. Bu dindirmələrin hər biri səkkkiz saatdan çox çəkib. Qəzetin bildirdiyinə görə, dekabrın 13-dəki son dindirmədən sonra o, həbs edilib.(AZƏRTAC)

© AzNews.az