Nikolas Taleb 2007-ci ildə yazdığı “Qara qu quşu” kitabı ilə tanınıb. Nikolas Taleb 2007-ci ildə yazdığı “Qara qu quşu” kitabı ilə tanınıb.

Səudiyyə Ərəbistanı iflasa uğrayacaq - Analitik

Nikolas Taleb 2007-ci ildə yazdığı “Qara qu quşu” kitabı ilə tanınıb.

Səudiyyə Ərəbistanının büdcəsi açıqlanandan sonra dünyanın tanınmış analitiki Nassim Nicholas Taleb öz tvitter səhifəsində “Səudiyyə Ərəbistanı iflasa uğrayacaq” deyib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Nikolas Taleb 2007-ci ildə yazdığı “Qara qu quşu” kitabı ilə tanınıb.

"Qara qu quşu" “The Sunday Times” qəzeti tərəfindən dünya savaşından bu yana yazılan ən təsirli 12 kitabdan biri kimi göstərilib.

Səudiyyə Ərəbistanı son verdiyi açıqlamasında 2019-cu ildə vətəndaşlarını iqtisadi cəhətdən dəstəkləyəcəyini və dövlət xərclərinin 7%-dən çox artıracağını bildirib.

Onların büdcəsi 2019-cu il üçün 35 milyard dollar açıq görsənir. Ancaq bu büdcə neft qiymətlərinin bir barrelinin 80 dollara hesablanıb.

Ancaq son dövrlərdə neft qiymətləri 50 dollara enib. Neft qiymətləri daha çox düşərsə, Səudiyyə Ərəbistanı beynəlxalq bazarlardan borc almaq məcburiyyətində qala bilər.

Pərvanə Ağazadə

AzNews.az