Bəzi raketlər hədəfinə çatıb. Bəzi raketlər hədəfinə çatıb.

İsrail Suriyanı bombaladı - VİDEO

Bəzi raketlər hədəfinə çatıb.

Suriyanın Hava hücumundan müdafiə qüvvələri Dəməşq yaxınlığında İsrailin aviazərbələrini dəf edib.

Bu haqda SANA agentliyi məlumat yayıb.

Suriya HHM sistemi səkkiz İsrail raketini havada zərərsizləşdirib. Buna baxmayaraq, bəzi raketlərinə hədəfinə çatdığını bildirilir.

Aviazərbələr nəticəsində Dəməşq aeroportu yaxınlığında yerləşən anbarlara ziyan dəydiyi qeyd olunur. Ancaq bu paytaxtın hava nəqliyyatına heç bir təsir göstərməyib.

Bildirilir ki, aviazərbələr Livanla sərhəddə yerləşən Şimali Qalileya bölgəsi tərəfdən endirilib. (Oxu.az)