Bu, Yaponiya Konstitusiyası tarixində ilk belə mərasim olacaq. Bu, Yaponiya Konstitusiyası tarixində ilk belə mərasim olacaq.

Yaponiya hökuməti taxt-tacın ötürülməsinə hazırlaşır

Bu, Yaponiya Konstitusiyası tarixində ilk belə mərasim olacaq.

Yaponiya hökuməti cari ildə baş tutacaq taxt-tacın ötürülməsi ilə əlaqədar mərasimlərin bəzi detallarının təsdiqi barədə qərar qəbul edib.

NHK telekanalı xəbər verir ki, taxt-tacın ötürülməsinə cavabdeh olan hökumət komitəsi Konstitusiyada nəzərdə tutulduğu kimi, İmperatorun dövlətin rəmzi kimi həyata keçirməli olduğu aktları müzakirə edib.

Komitənin qərarına əsasən, taxt-tacdan imtina və ya Tayirey-Seydon-no-Qi mərasimi İmperator sarayının Matsu-no-Ma salonunda aprelin 30-da saat 17:00-da başlayacaq və 17:10-da başa çatacaq. Bu, Yaponiya Konstitusiyası tarixində ilk belə mərasim olacaq.

Yeni İmperatorun taxta çıxması ilə əlaqədar rəmzləri, o cümlədən dövlət və şəxsi möhürü qəbul edəcəyi mərasim və ya Kenzi-to-Syokey-no-Qi isə mayın 1-də səhər saat 10:30-da başlanacaq. Saat 11:10-da İmperatorun taxta çıxdıqdan sonra xalqın nümayəndələri ilə ilk audensiyası və ya Sokui-qo-Tyoken-no-Qi mərasimi keçiriləcək.

Oktyabrın 22-də yeni İmperatorun taxta çıxdığı Sokuirey-Seydon–no-Qi mərasimində Yaponiya xalqına elan ediləcək və bundan sonra Syukuqa-onretsu-no-Qi mərasimi keçiriləcək.

Təhlükəsizlik və xarici amillər nəzərə alınaraq, parad zamanı “Toyota Century” kabriolet avtomobilindən istifadə qərara alınıb.(AZƏRTAC)

© AzNews.az