Bir neçə uşaq gözyaşardıcı qazdan zərər çəkib. Bir neçə uşaq gözyaşardıcı qazdan zərər çəkib.

Afinada iğtişaşlar: 10 polis yaralandı

Bir neçə uşaq gözyaşardıcı qazdan zərər çəkib.

Yunanıstanda parlament binası qarşısında baş verən iğtişaşlar nəticəsində on nəfər polis əməkdaşı xəsarət alıb.

Bu barədə “Naftemporiki” nəşrinin məlumatında deyilir.

İğtişaşları Skopye ilə Prespan sazişinə etiraz edən bir qrup anarxist törədib. Onlar polis əməkdaşlarına daş atıblar, cavab addım kimi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə olunub.

Bildirilir ki, bir neçə uşaq gözyaşardıcı qazdan zərər çəkib. Onlardan biri xəstəxanaya aparılıb.

Sabiq baş nazir Antonis Samaras bəyan edib ki, bütün təxribatlara rəğmən, milyonlarla yunan Prespan sazişinə qarşı çıxır və çıxacaq.

AzNews.az