Braziliya, Kolumbiya, Paraqvay da Guaidonun müvəqqəti hakimiyyətini tanıdığını açıqlayıb. Braziliya, Kolumbiya, Paraqvay da Guaidonun müvəqqəti hakimiyyətini tanıdığını açıqlayıb.

Madurodan ABŞ-a şok - diplomatlara 72 saat vaxt verdi

Braziliya, Kolumbiya, Paraqvay da Guaidonun müvəqqəti hakimiyyətini tanıdığını açıqlayıb.

Venesuela prezidenti Nikolas Maduro ABŞ-la bütün diplomatik əlaqələrini kəsdiyini deyib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Maduro ABŞ-lı diplomatların ölkəni 72 saat içində tərk etməyini istəyib.

Venesuelanın milli təhlükəsizlik naziri Vladimir Padrino bildirib ki, özünü “müvəqqəti prezident” elan edən Juan Guaidonun prezidentliyini ordu qəbul etməyəcək.

Prezident Maduro paytaxt Karakasda müxalifətin təşkil etdiyi nümayişlərə səslənərək vurğulayıb ki, rəsmi Karakas ABŞ ilə siyasi və diplomatik əlaqələrini kəsir.

Böyük Britaniyanın Avropa və Amerikadan məsul dövlət naziri Alan Dunkan Venesueladakı hadisələrlə bağlı “Siyasi böhran kifayət qədər uzun çəkdi. İndi bütün venesuelalılar üçün sülh yolu tapmaq vaxtıdır” deyib.

Duncan tvitter hesabından Venesueladakı bütün prosesləri diqqətlə izlədiyini bildirib.

Almaniyanın xarici işlər naziri Heiko Mass da tvitterdə “Bütün tərəfləri ehtiyatlı olmağa və şiddətə baş vurmamağa çağırıram. AB-dəki müttəfiqləmizlə orta yol tapacağıq” deyə qeyd edib.

Danimarkanın xarici işlər naziri Anders Samuelsen də tvitterdən verdiyi açıqlamada “Venesuelada yeni umid doğduğunu” bildirib:

“Danimarka daim qanuni seçilmiş demokratik qurumları dəstəkləyəcək. Juan Guaidonun daxil olduğu parlamenti də”.

Kanada və Cənubi Amerika ölkələri olan Braziliya, Kolumbiya, Paraqvay da Guaidonun müvəqqəti hakimiyyətini tanıdığını açıqlayıb.

Pərvanə Ağazadə

AzNews.az

image description image description